“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

Goranboy rayonu Kəhrizli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

News Image

Goranboy rayonu Kəhrizli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 29 avqust 2026-cı il tarixində Goranboy rayonunun R. Əliyev adına Kəhrizli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və Şəki rayonunun zəngin tarixi-mədəni irsi, təbiəti və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun görməli və maraqlı məkanlarını ziyarət edib, bölgənin qədim tarixi, özünəməxsus memarlığı və təbii gözəllikləri ilə yaxından tanış olublar. Gəzinti zamanı Şəkinin füsunkar mənzərələri iştirakçılarda xoş təəssüratlar yaradıb və səfərin maraqlı keçməsinə səbəb olub. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar yaradılan şəraitə və səfərin təşkilinə görə təşəkkürlərini bildirərək, bu cür ekskursiyaların həm səmərəli istirahətin təşkilinə, həm də kollektiv daxilində birlik və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Goranboy rayonu Qaraçinar kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

News Image

Goranboy rayonu Qaraçinar kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 29 avqust 2026-cı il tarixində Goranboy rayonunun Qaraçinar kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaq, onların mənəvi istirahətini təmin etmək və İsmayıllı rayonunun zəngin təbiəti ilə yaxından tanış olmalarını təmin etmək olub. Səfər zamanı iştirakçılar İsmayıllının səfalı təbiət guşələrini, mənzərəli ərazilərini və istirahət məkanlarını ziyarət ediblər. Təbiət qoynunda keçirilən gəzinti zamanı kollektiv üzvləri təmiz dağ havasından və yaşıllıqlarla əhatə olunmuş mənzərələrdən zövq alaraq xoş və yaddaqalan anlar yaşayıblar. Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın təşkilinə görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin həm səmərəli istirahətin təşkilinə, həm də kollektiv daxilində mehriban münasibətlərin və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Goranboy şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

News Image

Goranboy şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 22 avqust 2026-cı il tarixində Goranboy şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də Şəki şəhərinin zəngin tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin görməli məkanlarını ziyarət edib, şəhərin qədim tarixi, özünəməxsus memarlıq nümunələri və mədəni irsi ilə tanış olublar. Gəzinti zamanı Şəkinin füsunkar mənzərələri və özünəməxsus ab-havası iştirakçılarda xoş təəssüratlar yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin səmərəli istirahətin təmin olunmasına, kollektiv daxilində qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd ediblər.

Goranboy rayonu Sarov kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub

News Image

Goranboy rayonu Sarov kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 22 avqust 2026-cı il tarixində Goranboy rayonunun Sarov kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Qəbələ rayonunun zəngin təbiəti, turizm imkanları və görməli məkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar Qəbələnin füsunkar təbiət mənzərələrini, yaşıllıqlarla əhatə olunmuş ərazilərini və istirahət guşələrini ziyarət edərək təmiz dağ havasından və bölgənin özünəməxsus gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə xoş ovqat bəxş edib, onların səmərəli və yaddaqalan istirahətinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Kollektiv üzvləri səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin həm asudə vaxtın faydalı keçirilməsinə, həm də kollektiv daxilində birlik və həmrəyliyin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Goranboy rayonu Veyisli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

News Image

Goranboy rayonu Veyisli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 16 avqust 2026-cı il tarixində Goranboy rayonunun Veyisli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin Şəki şəhərinin zəngin tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin tarixi və memarlıq baxımından əhəmiyyətli məkanlarını, görməli yerlərini ziyarət edərək şəhərin özünəməxsus ab-havası və zəngin mədəni irsi ilə yaxından tanış olublar. Gəzinti zamanı əldə olunan xoş təəssüratlar səfərin daha maraqlı və yaddaqalan keçməsinə səbəb olub. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. İştirakçılar yaradılan şəraitə və səfərin təşkilinə görə təşəkkürlərini bildirərək, belə ekskursiyaların səmərəli istirahətin təşkilinə və kollektiv daxilində həmrəyliyin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

Goranboy rayonunda şəhər, qəsəbə və kənd komandaları arasında keçirilən futbol turnirinə yekun vuruldu.

News Image

Goranboy rayonunda şəhər, qəsəbə və kənd komandaları arasında keçirilən futbol turnirinə yekun vuruldu.

11 iyun - 15 avqust 2026-cı il tarixlərində Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə  gənclər və idman sektorunun təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi və Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə keçirilən, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunmuş futbol turniri sona çatdı. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin sədri Kamil Baxşəliyev iştirak etdilər. Rəsmilər ölkəmizdə əsası Umumilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən bəhs edərək, Goranboy rayonunda da, idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Ölkəmizdə bütün idman növləri ilə yanaşı futbol idman növünün də sürətlə inkişaf etdiyini, həmçinin gənclərin bu idman növünə xüsusi maraq göstərdiyini iştirakçıların diqqətinə çatdırdılar. Goranboy Olimpiya İdman Kompleksində baş tutan final mərhələsinin birincilik uğrunda oyunu Düzqışlaq və Baxçakürd kənd komandaları arasında keçirildi. Yekun nəticələrə əsasən I yeri Düzqışlaq kənd komandası, II yeri – Baxçakürd kənd komandası, III yeri – Alpout kənd komandası qazandı. Qeyd edək ki, turnirə şəhər, qəsəbə və kəndlərdən 16 komanda qatılmışdır. Sonda I yerin qalibi olmuş komandaya kubok, diplom və medal, II və III yerlərin qalib komandalara isə diplom və medallar təqdim edildi. Turnirə qatılmış bütün komandalara təşəkkür edir və qalib gələn komandaları təbrik edərək növbəti yarışlarda uğurlar arzulayırıq.

Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz rayonuna ekskursiya təşkil olunub

News Image

Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 15 avqust 2026-cı il tarixində Goranboy rayonunun D. Qasımov adına Qızılhacılı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin Oğuz rayonunun zəngin təbiəti və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Oğuz rayonunun mənzərəli təbiət guşələrini və istirahət məkanlarını ziyarət edərək, saf dağ havasından, yaşıllıqlarla əhatə olunmuş ərazilərdən və rayonun özünəməxsus təbii gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə xoş ovqat bəxş edib və onların yaddaqalan istirahət keçirməsinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Kollektiv üzvləri səfərin təşkilinə və yaradılan şəraitə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin həm asudə vaxtın səmərəli təşkilinə, həm də kollektiv daxilində qarşılıqlı münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Goranboy rayonu Muzdurlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

News Image

Goranboy rayonu Muzdurlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 12 avqust 2026-cı il tarixində Goranboy rayonunun Muzdurlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və Gədəbəy rayonunun zəngin təbiəti, dağlıq əraziləri və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəyin füsunkar təbiət mənzərələrini və görməli məkanlarını ziyarət edib, təmiz dağ havasından və bölgənin özünəməxsus gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin səmərəli istirahətin təşkilinə və kollektiv daxilində həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Goranboy rayonu Qızılhacılı qəsəbə 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

News Image

Goranboy rayonu Qızılhacılı qəsəbə 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 09 avqust 2026-cı il tarixində Goranboy rayonunun Y. Əliyev adına Qızılhacılı qəsəbə 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Gədəbəy rayonunun zəngin təbiəti, dağlıq əraziləri və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəyin füsunkar təbiət mənzərələrini, yaşıllıqlarla əhatə olunmuş ərazilərini və istirahət məkanlarını ziyarət edərək təmiz dağ havasından və sərin iqlimdən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin həm səmərəli istirahətin təşkilinə, həm də kollektiv daxilində birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

News Image

Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 08 avqust 2026-cı il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Şəki rayonunun zəngin təbiəti, tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Şəki rayonunun mənzərəli guşələrini və görməli məkanlarını ziyarət edərək bölgənin özünəməxsus təbiətindən və sakit mühitindən zövq alıblar. Gəzinti iştirakçılara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq xoş və yaddaqalan vaxt keçirmək imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. İştirakçılar göstərilən diqqətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, belə tədbirlərin kollektiv həmrəyliyinin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.