Xəbərlər
Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 05 avqust 2026-cı il tarixində Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eyni zamanda İsmayıllı rayonunun zəngin təbiəti, füsunkar mənzərələri və turizm potensialı ilə yaxından tanış olmaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun görməli məkanlarını ziyarət edərək təmiz dağ havasından, yaşıllıqlarla örtülü təbiət guşələrindən və rayonun özünəməxsus gözəlliklərindən zövq alıblar. Gəzinti proqramı iştirakçıların səmərəli istirahət etmələrinə, xoş təəssüratlar qazanaraq yaddaqalan bir gün keçirmələrinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri ekskursiyanın yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv həmrəyliyinin möhkəmlənməsinə və mənəvi istirahətin səmərəli təşkilinə mühüm töhfə verdiyini vurğulayıblar.





