“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Boluslu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub

09/08/2026, 16:14
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 08 avqust 2026-cı il tarixində Goranboy rayonunun Boluslu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və Gədəbəy rayonunun zəngin təbiəti, dağlıq əraziləri və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəyin füsunkar təbiət mənzərələrini seyr edib, yaşıllıqlarla əhatə olunmuş ərazilərdə gəzinti keçirərək rayonun saf dağ havasından və sərin iqlimindən zövq alıblar. Təbiət qoynunda keçirilən vaxt iştirakçılara xoş ovqat bəxş edib və gündəlik iş mühitindən uzaqlaşaraq dincəlmək imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən maraq və məmnunluqla qarşılanıb. İştirakçılar belə səfərlərin həm sağlam və səmərəli istirahətin təşkilinə, həm də kollektiv daxilində birlik və həmrəyliyin güclənməsinə müsbət təsir göstərdiyini qeyd edərək, ekskursiyanın təşkilinə görə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: