“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Muzdurlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

13/08/2026, 12:59
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 12 avqust 2026-cı il tarixində Goranboy rayonunun Muzdurlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və Gədəbəy rayonunun zəngin təbiəti, dağlıq əraziləri və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəyin füsunkar təbiət mənzərələrini və görməli məkanlarını ziyarət edib, təmiz dağ havasından və bölgənin özünəməxsus gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin səmərəli istirahətin təşkilinə və kollektiv daxilində həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: