Xəbərlər
Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 08 avqust 2026-cı il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Şəki rayonunun zəngin təbiəti, tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Şəki rayonunun mənzərəli guşələrini və görməli məkanlarını ziyarət edərək bölgənin özünəməxsus təbiətindən və sakit mühitindən zövq alıblar. Gəzinti iştirakçılara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq xoş və yaddaqalan vaxt keçirmək imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. İştirakçılar göstərilən diqqətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, belə tədbirlərin kollektiv həmrəyliyinin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.





