Xəbərlər
Goranboy rayonu Qızılhacılı qəsəbə 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 09 avqust 2026-cı il tarixində Goranboy rayonunun Y. Əliyev adına Qızılhacılı qəsəbə 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Gədəbəy rayonunun zəngin təbiəti, dağlıq əraziləri və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəyin füsunkar təbiət mənzərələrini, yaşıllıqlarla əhatə olunmuş ərazilərini və istirahət məkanlarını ziyarət edərək təmiz dağ havasından və sərin iqlimdən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin həm səmərəli istirahətin təşkilinə, həm də kollektiv daxilində birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.




