Xəbərlər
Goranboy rayonu Veyisli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 16 avqust 2026-cı il tarixində Goranboy rayonunun Veyisli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin Şəki şəhərinin zəngin tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin tarixi və memarlıq baxımından əhəmiyyətli məkanlarını, görməli yerlərini ziyarət edərək şəhərin özünəməxsus ab-havası və zəngin mədəni irsi ilə yaxından tanış olublar. Gəzinti zamanı əldə olunan xoş təəssüratlar səfərin daha maraqlı və yaddaqalan keçməsinə səbəb olub. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. İştirakçılar yaradılan şəraitə və səfərin təşkilinə görə təşəkkürlərini bildirərək, belə ekskursiyaların səmərəli istirahətin təşkilinə və kollektiv daxilində həmrəyliyin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıblar.




