“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda şəhər, qəsəbə və kənd komandaları arasında keçirilən futbol turnirinə yekun vuruldu.

16/08/2026, 14:14
xeber1

11 iyun - 15 avqust 2026-cı il tarixlərində Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə  gənclər və idman sektorunun təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi və Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə keçirilən, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunmuş futbol turniri sona çatdı. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin sədri Kamil Baxşəliyev iştirak etdilər. Rəsmilər ölkəmizdə əsası Umumilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən bəhs edərək, Goranboy rayonunda da, idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Ölkəmizdə bütün idman növləri ilə yanaşı futbol idman növünün də sürətlə inkişaf etdiyini, həmçinin gənclərin bu idman növünə xüsusi maraq göstərdiyini iştirakçıların diqqətinə çatdırdılar. Goranboy Olimpiya İdman Kompleksində baş tutan final mərhələsinin birincilik uğrunda oyunu Düzqışlaq və Baxçakürd kənd komandaları arasında keçirildi. Yekun nəticələrə əsasən I yeri Düzqışlaq kənd komandası, II yeri – Baxçakürd kənd komandası, III yeri – Alpout kənd komandası qazandı. Qeyd edək ki, turnirə şəhər, qəsəbə və kəndlərdən 16 komanda qatılmışdır. Sonda I yerin qalibi olmuş komandaya kubok, diplom və medal, II və III yerlərin qalib komandalara isə diplom və medallar təqdim edildi. Turnirə qatılmış bütün komandalara təşəkkür edir və qalib gələn komandaları təbrik edərək növbəti yarışlarda uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: